Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gəncə: prezidentin yenicə açdığı xəstəxana bağlandı – FOTO

Gəncə səhiyyəsində növbəti analoqsuz addıma imza atılıb.

24saat.org-a şəhər sakinlərinin verdiyi məlumata görə, neçə illərdir əsaslı təmirə dayanan Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında işlər yekunlaşıb. Ötən ay prezident İlham Əliyev qeyd olunan xəstəxananın açılış mərasimində iştirak edib.

Sonra xəstəxana qapıları insanların üzünə açıq elan olunub. Amma tam avadanlıqlarla təmin olunmayan xəstəxana palataları və şöbəsi açılış törəni bitdikdən sonra boşaldılıb.

Xəstəxana əməkdaşları bildiriblər ki, hətta özləri oturmaq üçün xəstəxanaya evlərindən stul və stol gətiriblər. Xəstəxananın işçiləri bildirirlər ki, əməkdaşlara liftdən istifadə etmək rəhbərlik tərəfindən yasaqlanıb.

Xatırladaq ki, Gəncə şəhər Səhiyyə İdarəsinin baş həkimi Əlikram Məmmədov açılışda şəhər rəhbəri Elmar Vəliyevə xəstəxananın cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri haqqında ətraflı məlumat verərək bildirib ki, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Bundan başqa xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlar var.

Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Ancaq faktiki tibb personalı evdən stol-stul daşıyır.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Zərdabda ilin məktəbindən rüsvayçı – Video

%d bloqqer bunu bəyənir: