Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ehali

Gələn ilin sonunda Azərbaycanda əhalinin sayı 10 milyon nəfərə yaxınlaşacaq

“2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir”. Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov rəhbərlik etdiyi qurumun apardığı aktuar hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meylləri, əhalinin məşğulluğunun və sosial vəziyyətinin səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikləri açıqlayıb: “Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5%-ni, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir. Əməkqabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1%-ni təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95% təşkil edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq 508 manata çatacaq. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əsasında əmək pensiyaçılarının orta illik sayını formalaşdırıb ki, bu da təqribən 1 milyon 324 min nəfər nəzərdə tutulur. Bu, hazırda orta illik saydan təqribən 16 min nəfər çoxdur”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Dövlət bağçalarında pulun yarısını valideynlər ödəyəcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: