Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gələn ildən Badamdar qəsəbəsinin su təchizatı fasiləsiz olacaq

Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün ”Alatava” mərkəzi su anbarının imkanlarından istifadə olunacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin anbardan suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 mm diametrli polad borularla 9,8 km uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilib və indiyə qədər kəmərin 4 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb.

Hazırda qəsəbə ərazisində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri də davam etdirilir. Tikinti şirkəti tərəfindən indiyədək 25 km su, 16 km kanalizasiya xəttinin çəkilişi başa çatdırılıb, 474 kanalizasiya quyusu quraşdırılıb, ünvanlara birləşmələr verilib. Növbəti mərhələdə su şəbəkəsinə qoşulmaların verilməsi və sayğacların quraşdırılması işlərinin aparılması nəzərdə tutulur.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Bununla da Badamdar qəsəbəsində istehlakçıların fasiləsiz su təminatı mümkün olacaq, eyni zamanda mərkəzləşdirilmiş qaydada su və kanalizasiya şəbəkələrinə qoşulmayan əhalinin bu xidmətlərindən istifadəsi imkanı yaranacaqdır.

Nazirliyin məlumatına görə, Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri də yenidən qurulacaq. Artıq layihə üzrə tender elan olunub və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Deputatın adı hallanan məhkəmə çəkişməsi barışıqla yekunlaşdı – 80 min dollar ödənildi

%d bloqqer bunu bəyənir: