Loading...
Loading...

Gələcək arxeoloqlar bizim haqda məlumatı necə əldə edəcəklər?

CD-lərdə saxlanılan müasir dövrün tarix və mədəniyyəti heç də etibarlı mənbə hesab edilmir. Bu cihazlar biz düşündüyümüzdən də tez çürüməyə məruz qalır. Buna görə də, gələcəyin tarixçilərinə daha sağlam bir miras qoymalıyıq. Bəs bunu necə edə bilərik? Kitab və daş tabletlərin fiziki xüsusiyyətlərindən uzaq olan rəqəmsal dünyanın piksel və kodlardan ibarət olduğunu düşünürük. Lakin, İnternet Archive (İnternet arxivi) adı altında rəqəmsal məlumat üçün onlayn mənbə yaradan Brewster Kahle bunun əksini düşünür.

Rəqəmsallıq bir çox insanın düşündüyü kimi maddədən xaric bir anlayış deyil.

Kayle bir çox məlumatı arxivləşdirməklə məşğul olan insandır. İndiyə qədər arxivləşdirdiyi fərqli materialların ölçüsü 20 petapit, yəni 20 milyon megabitdir. Bu isə inanılmaz dərəcədə böyük rəqəmdir və böyüməyə də davam edəcək.

Sabit disklərin uzunömürlü olmaması əsas problemdir.
İnternet arxivi bu məlumatları sabit disklərin tərkibində fiziki cihazlarda mühafizə edir və bu cihazlar da dünyanın müxtəlif bölgələrində yerləşən anbarlarda saxlanılır. Lakin problem yerlə bağlı deyil, əsas məsələ məhz bu diskləri uzunömürlü olmamasıdır. Bu disklərin hazırlandığı maddələr və ya elektron problemlər müəyyən zamandan sonra çürüyüb, sıradan çıxmasına səbəb ola bilir.

Bəs az qala tamamilə rəqəmsallaşan dünyada müasir dövrümüzün mədəniyyəti əsrlər sonra üçün necə qorunub saxlanılacaq? Qurumlar, cəmiyyətlər, mədəni və elmi kəşflər uzunmüddətli olmaq şərtilə necə mühafizə edilə bilər? Gələcəyin arxeoloqları bizim haqqımızda məlumat sahibi olmaq üçün hansı üsullara müraciət edəcəklər?

DNT Arxivi
Bunun bir metodunun DNT-lər vasitəsilə olacağı güman edilir. Yəni, bu gün kitab oxuduğumuz kimi, gələcəkdə də mövcud olan bütün orqanizmlərin fosilləri içində olan DNT-lər nəzərdən keçiriləcək. İsveçrədə yerləşən Federal Texnologiya İnstitutunun ETH Zürix şöbəsindən olan Robert Grass və Reinhard Heckel məlumatları DNT olaraq kodlaşdırma üsulunu kəşf edib. Lakin, DNT də sıradan çıxa bilər. Onu mühafizə etmək üçün sintetik fosil üsuluna müraciət edirlər. Təbitədə DNT-ni qorumağın ən yaxşı üsulu sümük içində və az temperaturda saxlanılmasıdır. Tədqiqatçıların 700 min illik bir at skeletindən DNT-ni oxuya bilməsi də bunun sayəsində mümkün olmuşdur.

ETH komandası buna alternativ olaraq, şüşədən istifadə etmək qərarına gəlib. DNT-ni saxlamaq məqsədilə istifadə edilən şüşə toz halında və sadəcə 150 nanometr (metrin milyardda bir hissəsi) ölçüsündədir. Buna görə də, onu dondurmaq və yaxud da hər hansı bir digər şey tətbiq etmək təsir göstərmir. Bu şüşə hədsiz istiyə də davamlıdır. Lakin içində yerləşdirilən DNT 200 dərəcədən artıq istiliyə davam edə bilmir. Yəni, gələcəyin kitabxanalarında saxlanılacaq bu şüşə qovluqlar hər hansı bir yanğın əsnasında zərər görməyəcək. Təəssüf ki, eyni şey daxilində yerləşdirilən məlumatlar üçün keçərli deyil.

Hansı üsulu seçəcəyik?
DNT-nin daxilində olan məlumatı oxumaq asandır. Lakin bəzi hissəciklərin içindən DNT-ni çəkib çıxarmaq üçün florida məhlulu ehtiva edən xüsusi texnika lazımdır. Robert Grass uzaq gələcək sivilizasiyalarının bu məlumatlara sahib olması üçün bu mövzudakı təlimaların da arxivdə saxlanılmasını düzgün hesab edir.

Digər sahələrdə də bu problem özünü göstərir. Kahle bizə daxilində 1500 dili qoruyan Rosetta diskini nümunə olaraq göstərir. Getdikcə məhv olmaqda olan bir çox dilin bütün məlumatları spiral şəkildə dərc olunmuş mətn şəklində bu disk vasitəsilə gələcək nəsillərə ötürüləcək. İlk əvvəl adi gözlə oxunması mümkün olan bu mətnlər, get-gedə kiçilir. Lakin bütünlüklə oxumaq üçün mütləq mikroskopa ehtiyacınız olur.

Rosetta diski kimi nəsnələrin olduca əhəmiyyətli məlumatları qoruduğunu güman etmək mümkündür. Lakin mikroskopik şüşə tozları baxımından bunu etməsi də xeyli çətindir. Hal-hazırda Grass və komandası məhz bu problem üzərində işləyir.

pahoo.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Fətullah Gülən əmindir ki, ABŞ onu təhvil verməyəcək

%d bloqqer bunu bəyənir: