Gəncin özünü asdığı deyilir


Balakən rayonunda 25 yaşlı gəncin intihar etdiyi bildirilir.

APA rayon hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə Balakən şəhəri, Füzuli küçəsi, ev 28 ünvanında baş verib. 25 yaşlı Ramazan Piriyevin asılmış vəziyyətdə meyitini evin mətbəxində valideynləri aşkar ediblər.

Ölümün səbəbi açıqlanmır.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Gəncədə də 23 yaşlı oğlanın intihara cəhd etdiyi bildirilir.

APA-nın xəbərinə görə, Gəncə şəhər sakini R.İ. zəhərlənmə əlaməti ilə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, durumunun orta ağır olduğu bildirilir. R.İ.-nin bilərəkdən məişətdə təmizlik məqsədilə istifadə olunan xlor içdiyi deyilir.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

​“Azərmətbuatyayım”ın köşkünə basqın olub

%d bloqqer bunu bəyənir: