Gənc qızın ölümünə inanılmaz reaksiya – Nazirlik

Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən hər hansı araşdırma aparılmır.

Səhiyyə Nazirliyindən  verilən məlumatda bildirilib ki, hadisə ilə əlaqədar ya A.Orucovanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə (SN) araşdırmanın aparılması üçün müraciət etməlidirlər. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən SN-yə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikdada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.
Qeyd edək ki, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat edib. Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“Sələmçi”likdə ittiham olunan deputatla vəkil arasında – Qalmaqal

%d bloqqer bunu bəyənir: