Advertisements
24 saat

Gənc fəal yenidən saxlanıldı – Polis bölməsində ölüm hadisəsin işıqlandırdığı üçün


Bu haqda feysbuk fəalı Seyran Rəfiyev məlumat yayıb. Azər Kazımov Seyran Rəfiyevə polislər tərəfindən saxlanıldığını, hara aparıldığı haqda ona heç bir məlumat verilmədiyini yazıb:

İndicə Azər Kazımov tərəfindən mesaj aldım. Mesajda deyilir:

“Seyran müəllim, məni polis əməkdaşları saxlayıb naməlum istiqamətə aprırlar”.

Seyran Rəfiyev bu mesajdan sonra Azər Kazımovla onunla əlaqə saxlaya bilmədiyini yazıb.

Xatırladaq ki, ictimai fəal Azər Kazımov mayın 15-də Suraxanı polisinə aparılmışdı və ondan bugünlərdə Xəzər rayon polis bölmələrindən birində həlak olan (yaxınlarının dediyinə görə, döyülərək öldürülən) Zaur Sultanovla bağlı feysbuk qeydlərini silməyi tələb edilmişdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: