Gəncədə ölən xəstənin qohumları tibb bacısını döyüblər


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı döyülüb.

24saat.org “Report”a istinadən bildirir ki, naməlum şəxslər qohumlarının ölümünə etiraz olaraq xəstəxananın tibb bacısına hücum çəkərək ona xəsarətlər yetiriblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin (RPİ) Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, bu gün Gəncə şəhərinin “Qırmızı Kənd” deyilən ərazisində evlərdən birinin divarının uçması nəticəsində 2002-ci il təvəllüdlü Sona İsmayılova və onun bacısı 2001-ci il təvəllüdlü Mehparə İsmayılova uçqunun altında qalaraq ağır xəsarətlər alıb. S.İsmayilova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. M.İsmayılovanın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Elza Seyidcahandan yeni şeir: “Bir əlim qabağımda, bir əlim dalımda…”

%d bloqqer bunu bəyənir: