24 saat

Gəncədə maşın avtobusdan düşən 5 yaşlı uşağı vurub


Gəncə şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin 5-ci mikrorayonu ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayan 2011-ci il təvəllüdlü Yusif Səməd oğlu Məmmədov anası ilə birgə mikroavtobusdan düşərkən sürətlə gələn avtomobil tərəfindən vurulub.

Uşaq Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım Xəstəxanasına yerləşdirilib.

Kəllə-beyin travması alan azyaşlının vəziyyəti orta-ağır qiymətləndirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: