Advertisements
24 saat

Gəncədə evlər su altında qaldı


Bir neçə gündür ki, Gəncə çayında suyun səviyyəsinin artması təhlükəli həddə çatıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, ötən gecə çayın sol sahilindəki bir neçə ev su altında qalıb. Amma aidiyyəti qurumların təcili tədbirləri nəticəsində təhlükəni sovuşdurmaq mümkün olub.

Gəncə çayında suyun səriyyəsinin artmasına dağlarda qarın əriməsi səbəb olub. Nəticədə su, çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinə tərəf axmağa başlayıb və bir neçə evin həyətinə dolub. Vəziyyətin gərginləşdiyini görən sakinlər aidiyyatı qurumlara xəbər veriblər.

Gecə saatlarından başlayaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

Əraziyə FHN-in Gəncə Regional Mərkəzi ilə yanaşı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də gəliblər. Suyun istiqaməti dəyişdirilib. Yaşayış evlərinin həyətlərinə dolan su çəkilib, çayın kənarlarında bəndbərkitmə işləri davam etdirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: