24 saat

Gəncədə dayı bacıoğlunun evinin yarıb


Gəncədə oğurluq hadisəsi baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, 30 iyul 2016-cı il tarixdə Vaqif küçəsi ev 65 ünvanında yaşayan Pərviz Məhərrəmov ərizə ilə Nizami Rayon Polis İdarəsinə müraciət edərək evinin qarət edildiyini bildirib.

Məhərrəmov oğurluq baş verdiyi zaman evdə heç kəsin olmadığını deyib. Naməlum şəxs evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb. Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun ev sahibinin dayısı 58 yaşlı Əbülfət Məmmədov olduğu məlum olub. Saxlanılan şəxs əməlini etiraf edib. Onun Rusiya Federasiyasında quldurluq faktına görə 10 il məhkumluq həyatı yaşadığı, Gəncədə isə oğurluq faktına görə məhkəmənin qərarı ilə inzibati qaydada cərimələndiyi də aşkarlanıb. Öz bacısı oğlunun malına göz dikən dayı barəsində cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: