Advertisements
24 saat

Gəncədə ağır qəza: 1 ölü, 3 yaralı


Bakı-Gəncə avtomobil yolunda avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 24saat.org APA-ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sərnişin 1993-cü il təvəllüdlü Zahidi Ayşən hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü Arzu Musayev, 1996-cı il təvəllüdlü Əliyeva Ülviyyə və 1985-ci il təvəllüdlü Ələsgər Məmmədovdur.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan VAZ 2107” markalı avtomobil “Qazel” markalı yük maşınına arxadan dəyib, sonra isə yolun kənarına aşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: