Advertisements
24 saat

Gələn həftədən Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir


Oktyabrın 17-dən Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar müvəqqəti olaraq Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə verdiyi məlumata görə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:45, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:30, 10:30 , 16:55, 18:35 və 19:30-da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri Bakıdan 07-40, 08-15, 08-45 və Sumqayıtdan 06-50, 07-20, 07:45-də yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: