Loading...
Loading...
uefa.jpg

Futzal çempionumuz UEFA Kubokunun elit mərhələsinə vəsiqə qazandı – 15 qolla

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçirilib. Azərbaycan çempionu “Araz” Makedoniyada keçirilən qrup mərhələsindəki son matçında meydan sahibləri ilə görüşüb.

Naxçıvan təmsilçisi bu ölkənin çempionu “Zalezareç”lə qarşılaşıb. Son turun görüşlərindən asılı olmayaraq, I yeri təmin edən komandamız elit-raunda 100 faizli nəticə ilə yollanmağa da nail olub.

Meydan sahiblərini zala çıxmağına peşman edən Azərbaycan çempionu rəqib qapısından nə az, nə çox, düz 15 qol keçirib. Makedonların gücü isə sadəcə 4 qola çatıb – 15:4.

Bununla da qrupda vahid lider olan “Araz” elit-raunda vəsiqə qazanıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

"Qarabağ" – PAOK matçının biletlərinin satışa çıxacağı tarix açıqlanıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: