Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Futbolun yeni qaydaları “Avro-2016”da!

Bu gün Fransada başlanacaq Avropa çempionatı həm də futbolda tətbiq edilən yeni qaydaların icra ediləcəyi ilk böyük turnir olacaq.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən qəbul edilən bu qərar 2016-cı ilin iyunun 1-dən qüvvəyə minib.

Qərara əsasən, start fitindən sonra oyunçu topu əvvəlkitək ancaq qabağa deyil, meydanın istənilən istiqamətinə vura biləcək. Bundan başqa, zədələnən futbolçuya meydanın içində təcili tibbi yardım göstərmək mümkün olacaq. Bu o halda baş verəcək ki, futbolçuya xəsarət yetirən rəqib oyunçuya qırmızı və ya sarı vərəqə göstərilsin.

Beləliklə, futbolçu zədə səbəbindən meydanı qısa müddətə də olsa tərk etsə, bu zaman qaydanı pozan komanda say üstünlüyü qazanmayacaq.

Pyerluici Kollina

Pyerluici Kollina

Bundan başqa, bu turnirdə artıq iki ildir sınaqdan keçirilən başqa bir qərar qüvvəyə minəcək. Yeni qaydaya əsasən, buna qədər cərimə meydançası daxilində sonuncu ümid foluna görə hakimlərin tətbiq etdiyi cəzaya dəyişiklik edilir.

Əvvəllər belə qayda pozuntusuna görə penalti verilir və qaydanı pozan futbolçu birbaşa qırmızı vərəqə alaraq oyundan çıxarılırdı. Yeni qərara görə isə əgər cərimə meydançası daxilində qapıçı və ya digər oyunçu bilərəkdən qaydanı pozmazsa, əvvəlkitək qırmızı deyil, sarı vərəqə alacaq. Sonuncu ümid folu zamanı bilərəkdən qaydanı pozan oyunçuya isə əvvəlitək qırmızı vərəqə göstəriləcək.

UEFA-nın hakimlərlərlə iş üzrə baş ofiseri Pyerluici Kollina bildirib ki, təmsil etdiyi qurum uzun illər bu qaydanın tətbiqi üzərində çalışıb: “Bu qərar futbolda ədaləti daha da bərpa edəcək. Penalti, qırmızı vərəqə və futbolçunun sonrakı oyunlar üçün diskvalifikasiyası çox ağır cəza idi. Axı, futbolçu meydanda rəqibə qarşı bilərəkdən kobudluq etmək istəməyib. Yeni qaydada penalti qazanan komandaya qol vurmaq imkanı yenidən verilir”.

“Avro-2016”da həmçinin Avropa çempionatları tarixində ilk dəfə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək üçün xüsusi texnologiyadan istifadə ediləcək. P.Kollina bildirib ki, bu məsələdə kompüter sistemi ilə yardımçı hakimlər birgə çalışacaqlar:

“Qapı xətti yaxınlığında işləyən hakimlərin başlıca vəzifəsi topun qapı xəttini keçib-keçmədiyinı aydınlaşdırmaq yox, cərimə meydançası daxilində baş verən mübahisəli epizodlar zamanı doğru qərar çıxarmaq üçün əsas hakimə kömək etmək olacaq. Texnologiya isə yalnız topun qapı xəttini keçməsi ilə bağlı məsələni müəyyənləşdirəcək. Bu zaman yardımçı hakimlərin əsas diqqəti cərimə meydançasında baş verənlərə yönələcək. Çünki bura meydanın çox vacib hissəsidir”.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Futbol üzrə Azərbaycan premyer-liqasında 8 klub qaldı

%d bloqqer bunu bəyənir: