Futbolçunu ailəsinin gözü önündə – Güllələdilər


Argentinalı futbolçu Rodriqo Espindola Buenos-Ayres əyalətinin Monte-Qrande şəhərində yerləşən evi yaxınlığında qarətə cəhd zamanı qətlə yetirilib.

Cümhuriyyət.az Report-a istinadən xəbər verir ki, polis cinayətin cümə axşamı gecə törədildiyini bildirib.

“La Nacion” nəşrinin yazdığına görə, “Nueva Chicago” klubunun müdafiəçisi evinə yaxınlaşarkən quldurların hücumuna məruz qalıb. Espindola həyat yoldaşı və altıaylıq körpəsinin gözü önündə güllələnib.

Qarın nayihəsindən yaralanan 26 yaşlı futbolçu hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Dünyanı heyrətə gətirən rus helikopteri – Video

%d bloqqer bunu bəyənir: