Advertisements
24 saat

Futbolçumuz Almaniya klubundan qovulur


Azərbaycan yığmasının keçmiş hücumçusu Cihan Özkara klubu “Preusen Münster”ə lazım deyil. ANS PRESS-in məlumatına görə, bunu “Preusen Münster”in baş məşqçisi Steffen Hörst deyib.

24 yaşlı forvardın aşağı liqa təmsilçisi ilə 2017-ci ilin yayına qədər müqaviləsi olsa da, məşqçilər korpusu onun xidmətində maraqlı deyil.

Hörst Cihanla müqaviləyə xitam vermək istədiklərini bildirib. Əgər futbolçu buna razılıq verməsə, o zaman qarşıdakı mövsümü yalnız komanda ilə məşq keçirməklə kifayətlənəcək.

Cihan Özkara

Cihan Özkara

Yay fasiləsində Türkiyənin I liqa təmsilçisi “Sivasspor”dan transfer edilən Cihan Özkara geridə qalan mövsümdə cəmi 4 oyunda start heyətində meydana çıxıb. 2015-ci ildə icarə əsasında “Simurq”da çıxış etmiş Özkara yığmamızın heyətində keçirdiyi 18 oyunda 1 qola imza atıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: