Loading...
Loading...
milli.jpg

Futbolçularımıza qələbəyə görə pul ayrıldı – AÇIQLAMA

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin Norveç üzərində 1:0 hesablı qələbə qazanması futbolçuların büdcəsini xeyli zənginləşdirib.

AFFA ötən gecə qeydə alınan nəticəyə görə fantastik mükafat ayırıb.

Məlumata görə, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək.

Oyuna sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75%-ni alacaq. Bu isə 37500 manat deməkdir. Ehtiyat oyunçular skamyasında oturmuş, ancaq Norveçlə matçda forma şansı qazanmayıb 9 futbolçunun mükafatı isə 25 min manatdır. Bu isə o deməkdir ki, futbolçular üçün 887500 manatlıq mükafat büdcəsi ayrılıb.

Bu qələbədən seçməmizin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq. Bunu da nəzərə alsaq, deməli, mükafat 1 milyon manatı keçir. //Futbol.az

Məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı Azərbaycan Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında “belə məsələlərin ona aid olmadığını, ancaq məsələnin doğru olduğunu, futbolçulara hər qələbəyə görə mükafat veriləcəyini bildirib.”

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabahkı Çexiya-Azərbaycan oyunu üçün millimizin heyəti açıqlanıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: