Futbolçu meydanda dünyasını dəyişib


Fransa Kubokunun üçüncü raundunun oyununda “Biquqliya” klubunun müdafiəçisi Ben İdrise Derme dünyasını dəyişib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 34 yaşlı futbolçu qəflətən ürək tutmasından keçinib.

Həkimlər futbolçuya meydanda tibbi yardımı göstərsə də, onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ben İdrise Derme vaxtilə Burkina-Faso yığmasında dörd oyun keçirib.

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

“Qarabağ”-“Slovan” oyununun biletləri sabah satışa çıxarılacaq

%d bloqqer bunu bəyənir: