Advertisements
24 saat

Futbolçu məşq zamanı öldü — Azərbaycanda dəhşətli hadisə


Zaqatala Futbol Klubuna transfer olunan nigeriyalı legioner futbolçu məşq zamanı dünyasını dəyişib.

Faktı klubun prezidenti Musa Qurbanov apasport.az saytına təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.

“Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm” – deyə, Qurbanov bildirib.

Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: