Futbol üzrə İtaliya milli komandasının yeni baş məşqçisi məlum olub


Futbol üzrə İtaliya milli komandasının AVRO-2016-dan sonra baş məşqçisi Campyero Ventura olacaq.

“Report”n məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio açıqlama verib.

Müqavilə 2 il müddətinə nəzərdə tutulub. Əvvəllər Ventura “Torino”da çalışıb.

Qeyd edək ki, İtaliya yığmasının hazırkı baş məşqçisi Antonio Konte AVRO-2016-dan sonra İngiltərənin “Çelsi” klubuna rəhbərlik edəcək.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

“Barselona” braziliyalı müdafiəçi aldı

%d bloqqer bunu bəyənir: