Advertisements
24 saat

Futbol üzrə Dünya çempionatı üç ölkədə keçirilə bilər


2026-cı ildə futbol üzrə Dünya çempionatı üç ölkədə keçirilə bilər. Meksika, ABŞ və Kanada bunun üçün birgə ərizə hazırlayırlar.

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino çempionatın üç ölkədə keçirilə biləcəyini istisna etmir. Həmçinin DÇ-2026-da iştirakçı ölkələrin sayının 32-dən 40-a qədər artırılması ehtimalı var. Bu məsələlər 3-14 oktyabr tarixlərində FİFA-nın qərargahı Sürixdə müzakirə olunacaq.

Ekspertlər hesab edirlər ki, 2026-cı ildə futbol üzrə dünya Şimali Amerikada keçirilməsi ehtimalı böyükdür. Bu region 1994-cü ildən futbol üzrə dünya birinciliyinə ev sahibliyi etməyib.

Bundan əlavə Dünya çempionatı heç vaxt üç ölkədə birdən keçirilməyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: