Now Reading:
Futbol üzrə Azərbaycan premyer-liqasında 8 klub qaldı
Full Article 30 second read

Futbol üzrə Azərbaycan premyer-liqasında 8 klub qaldı



Bu gün AFFA-nın mənzil-qərargahında Assosiasiyanın İcraiyyə Komitəsinin toplantısı keçirilib.

Görüşün əsas mövzusu Premyer-liqada çıxış edəcək komandaların sayının müəyyən edilməsi olub. Tədbirin yekunlarına görə məlum olub ki, birinci divizionun heç bir komandası lisenziya problemini həll edə bilməyib və beləliklə, avqust ayında start götürəcək yeni mövsümdə TPL-də 8 komanda iştirak edəcək.

Bunlar “Qarabağ” (Ağdam), “Qəbələ”, “Zirə” (Bakı), AZAL, “Neftçi” (Bakı), “Kəpəz” (Gəncə), “İnter” (Bakı) və “Sumqayıt”dır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: