Loading...
Loading...

Futbol tarixinin ən bahalı transferi gerçəkləşir – FANTASTİK MƏBLƏĞ

Yenidən keçmiş möhtəşəm günlərinə qayıtmaq üçün simiclik etməyən Mançester Yunayted (Manchester United) rəhbərliyinin transfer həmlələri davam edir.

Ölkə.Az xəbər verir ki, baş məşqçilik postu Xose Mourinhoya tapşırıldıqdan sonra, Qırmızı şeytanlar Zlatan İbrahimoviçin ardından bir ulduzu daha heyətinə qatmaq üzrədir. İngiltərə mətbuatına yazılan məlumatlara görə klub rəhbərliyi dünya futbol tarixinin ən bahalı transferini reallaşdırmağa çox yaxındır.

Mançester Yunayted klubunun bu transfer ilə dünya rekordu qıracağı ulduzu Pol Poqbadır. Qırmızı şeytanlar ilə İtaliyanın Yuventus klubu arasında 120 milyon avro müqabilində razılığa gəlindiyini yazan İngilltərə mediasıda bununla da Poqbanın Real Madridin Gareth Bale üçün ödədiyi 100 milyon avroluq bonservis rekordunu da qıracağını vurğulanıb

Fransız oyunçunun isə ildə 13 milyon avro qazanacağı bildirilir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Avro-2020″yə 24 komanda ilə

%d bloqqer bunu bəyənir: