Advertisements
24 saat

Futbol millimizin keçmiş baş məşqçisi vəfat etdi


2004-2005-ci illərdə Azərbaycan milli futbol komandasına rəhbərlik etmiş Karlos Ablerto Torres vəfat edib.

Milli.az xəbər verir ki, Karlos Alberto 17 iyul 1944-cü ildə Rio-de-Janeyroda anadan olub. 1970-ci ildə Braziliya milli futbol komandasının heyətində dünya çempionu olub. Həmin çempionatda komandasının kapitanı idi.

XX əsr simvolik futbol yığmasının heyətinə daxildir. Bəzi mütəxəssislərin fikrincə, Karlos Alberto 1970-ci il dünya çempionatının final oyununda futbol tarixində ən yaxşı qola imza atıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: