Loading...
Loading...

Fuad Qəhrəmanlının cinayət işi məhkəməyə göndərilir

AXCP sədrinin müavini Tale Bağırzadə ilə birlikdə mühakimə olunacaq

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb və iş məhkəməyə göndərilmək üzrədir. Bu barədə azadliq.info-ya Qəhrəmanlının vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, istintaq Qəhrəmanlıya CM-in daha bir maddəsi — 220.2 (kütləvi iğtişaşa çağırış) ilə ittiham elan edib.

Fuad Qəhrəmanlı Nardaran hadisəsinə görə həbs edilənlərlə birgə məhkəmə qarşısına çıxarılacaq. Lakin həmin hadisəyə görə tutulanlar çox olduğundan, 2 qrupa bölünərək mühakimə ediləcəklər. Fuad Qəhrəmanlının Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə ilə birlikdə mühakimə olunacağı deyilir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Kerri ilə Lavrov Qarabağı müzakirə edəcək

Loading...
%d bloqqer bunu bəyənir: