Loading...
Loading...

“Fuad Qəhrəmanlı məhkəmənin sonunda cinayətkar elan olunacaq”

Zümrüd Yağmur: “Onunla bağlı məhkəmədən ədalət gözləmək gülünc olardı”

“Fuad Qəhrəmanlının həbs olunmasının özü ədalətsizlikdir”

Məlum olduğu kimi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Maraqlıdır, F.Qəhrəmanlının yaxınları məhkəmə prosesinin ədalətli keçiriləcəyinə inanırmı? Məhkəmə ilə bağlı gözlənti və ehtimallar nədən ibarətdir?
Bununla bağlı 24saat.org-a açıqlama verən F.Qəhrəmanlının həyat yoldaşı yazıçı Zümrüd Yağmur optimist olmaq üçün əsas olmadığını bildirib:
“Fuad Qəhrəmanlının məhkəməsinin iyul ayının ortalarında başlayacağı gözlənilir. Məhkəmənin ədalətlə aparılmasını gözləməksə açığını deyim ki, gülünc olardı. Çünki Fuad Qəhrəmanlının həbs olunmasının özü ədalətsizlikdirsə, məhkəmədən ədalət gözləməyə dəyərmi? Məhkəmə nəyi və hansı cinayəti araşdıracaq? Ortada olmayan bir “cinayət” varsa, 7 ay istintaq müddətində heç bir istintaq işi aprılmayıbsa, Fuad Qəhrəmanlıdan bir dəfə də olsun ifadə alınmayıbsa, məhkəmə nəyi araşdıracaq? Əslində, ciddi-ciddi məhkəmə olacağını da gözləmrəm, bu, daha çox sonu əvvəldən bəlli olan məzhəkə oyunu olacaq.
Fuad Qəhrəmanlı ömründə bir dəfə də olsun üzünü görmədiyi Taleh Bağırzadə ilə birlikdə müttəhimlər kürsüsünə əyləşdiriləcək. Nardaran işi adı altında aparılan qondarma cinayət işində təqsirli bilinən və facebookda Nardaran kəndində baş verən hadisələrə münasibət bildirdiyinə gərə həbs olunan Fuad Qəhrəmanlı indyə qədər ölkədə şərlənərək həbs olunan müxalif düşüncəli insanlardan biridir və yəqin ki, o da digər siyasi məhbuslar kimi, məhkəmənin sonunda cinayətkar elan olunacaq. Çünki Azərbaycanda müstəqil məhkəmə yoxdur. Bu baxımdan heç bir gözləntim yoxdur. Bu, eyni zamanda Fuad Qəhrəmanlının özü üçün də sadəcə baş tutması gərəkən prosedurdan başqa bir şey deyil”.

Seymur Əliyev

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Xədicə İsmayıl “Qaynar Qazan”da (I hissə): “Sevgiladə dedi ki, Aqil Abbasın evində işləyib”

%d bloqqer bunu bəyənir: