Now Reading:
Freeman Chaplin mükafatı aldı
Full Article 50 second read

Freeman Chaplin mükafatı aldı



Tanınmış amerikalı aktyor Morgan Friman (Morgan Freeman) mükafatlarının sayını artırmaqda davam edir.

Aprelin 25-də o Nyu-Yorkdakı kinomotoqrafçılar mərkəzində Carli Caplin (Charlie Chaplin) mükafatəna layiq görülüb.

Bu mükafat 1972-ci ildən, kinoda böyük xidmətləri olan sənətçilərə verilir.

Aktyoru təbrik eləməyə gələn arasında onun keçmiş sənət yoldaşları Robert De Niro və Helen Mirren də var.

Mirren deyir ki, bu fakt olaraq qalır ki, o hər il daha yaxşı oynayır. Əminəm ki, o daima öyrənir, çalışır və Morqanın sehiri bundadır.

78 yaşlı aktyorun özü isə mərasimdə çox təvazökar görsənirdi.

“Mən kiçik bir ştatın kiçik birşəhərciyindənəm. Və fikirləşəndə hardan gəlmisən, geriyə baxırsan və ağlına gələn ilk söz bu olur-uğurlar” Friman deyir.

Firman Missisipi ştatında böyüyüb və uğur ona 80-ci illərdə-“Sürücü Miss Deyzi” və “ Şöhrət” filmlərindən sonra gəlib.

2005-ci ildə “Milyonluq uşaq” filmindəki roluna görə isə Oskar mükafatı alıb.(azadliq.org)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: