Now Reading:
Fransua Olland: “Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etmək olar”
Full Article 40 second read

Fransua Olland: “Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etmək olar”



ollandDağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

Bu fikri Fransa prezidenti Fransua Olland bildirib. “Ölkə prezidenti Dağlıq Qarabağda, bilavasitə təmas xətti yaxınlığında baş verən ciddi insidentlərdən və nəticədə dinc sakinlər də daxil olmaqla itkilərin olmasına görə dərindən təəssüflənir”, – deyə Yelisey sarayının rəsmi məlumatında bildirilir.

Fransa lideri münaqişə tərəflərini təmkinli olmağa və mütləq şəkildə atəşkəs rejiminə riayət etməyə çağırıb.

“Danışıqlardan başqa bir yol yoxdur. 2014-cü ilin oktyabrında Parisdə Ermənistan və Azərbaycan prezidentlərini qəbul etmiş Olland, maksimum qısa müddətdə münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiqləyir”, – deyə Olland Administrasiyasının bəyanatında bildirlir.

Report

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: