24 saat

Fransanın “Lill” futbol klubu sabah Bakıya gələcək


Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi Fransanın “Lill” klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib.

“Qəbələ” klubundan verilən məlumata görə, Fransa təmsilçisi oyundan bir gün öncə – avqustun 3-də paytaxtda olacaq.

Çarter reysi ilə Bakıya səfər edəcək “Lill” saat 10:20-də Heydər Əliyevadına Beynəlxalq Hava Limanına eniş edəcək.

Avqustun 4-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Fransada keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: