Loading...
Loading...

Fransanı qana boyayan şəxsin fotosu yayıldı – FOTO

Fransanın Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəxsiyyəti məlum olub və onun fotosu internetdə yayılıb

. 24saat.org xarici mediaya istinadən xəbər verir ki, əslən Tunisdən olan Məhəmməd Lahouaiej Bulel adlı şəxs həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya girdiyi iddia olunub.

Məlumata görə, şübhəli şəxsin 3 övladı olub. 84 nəfərin qatilinin boşandığı həyat yoldaşı da polis tərəfindən gözaltına alınıb.

Məhəmməd Lahouaiej Bulelin Nitsada yaşadığı evində polis əməkdaşları araşdırma aparıb.

Ötən gecə Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib.

İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var.

Fransız polisi daha öncə qətliamı “yanlız qurd”un (yəni radikallaşan, İŞİD terrorçularının “buraya gəlməyin, olduğunuz yerdə terror törədin” çağırışına əməl edən şəxs) törətdiyini qeyd etmişdi.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Donald Tramp vitse-prezidentin adını açıqladı

Loading...
%d bloqqer bunu bəyənir: