Advertisements
24 saat

Fransada mühacirlər üçün sədd inşa ediləcək

Fransadan Böyük Britaniyaya qanunsuz mühacirlərin keçməsinin qarşısının alınması üçün Fransanın Kale şəhərində britaniyalıların puluna 4 metr hündürlüyündə sədd tikiləcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın DİN-də miqrasiya siyasətinin kuratoru Robert Qudvill məlumat verib.
“Biz yaxın günlərdə yeni səddin tikintisinə başlamaq niyyətindəyik, – Qudvillin sözlərini “The Daily Telegraph” qəzeti sitat gətirib. – Biz məftillərdən sədd çəkmişdik, indi isə divar tikəcəyik”.
Səddin qiyməti 2 milyon funt sterlinqdir (təxminən 2,7 milyon dollar). Divar Fransa və Böyük Britaniya arasında limana aparan avtomobil yolunun hər iki tərəfində tikiləcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: