Advertisements
24 saat

Fransada fövqəladə vəziyyət rejimi uzadıldı


Fransa parlamentinin aşağı palatası iyulun 20-nə keçən gecə ölkə ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasını dəstəkləyiblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Manuel Vals hökumətinin təklif etdiyi mətn  fövqəladə vəziyyət rejiminin üç ay müddətinə uzadılmasını nəzərdə tutsa da, deputatlar müddətin altı aya uzadılmasını təklif ediblər.

 

Qeyd edək ki, Parisdə noyabrın 13-də törədilən terror aktına görə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti iyulun 26-da bitir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: