24 saat

Fransada 3 nəfər öldürülüb


Parisin yaxınlığında bir nəfər bıçaqlı polis əməkdaşı və partnyorunu öldürüb. Rəsmilərin iyunun 13-də bildirdiyinə görə, hücum edən də ölüb, bir oğlan uşağı isə xilas olunub.

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına bağlı xəbər agentliyi hücuma görə bu qrupun məsuliyyət daşıdığını bildirib.

Polis komandiri Parisdən 55 km qərbdə yerləşən Maqnanvildə evinin qabağında öldürülüb. Hücum edən sonrada evə girib, elit polis qüvvələri daha sonra evə basqın edib.

Qadının və hücum edənin meyiti tapılıb, kiçik oğlan isə sağ-salamat qalıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet itkinin böyük olduğunu, uşağın polis tərəfindən xilas edildiyini söyləyib.

Hücumun motivi, hələlik, bəlli deyil. Fransada tez-tez polis əməkdaşlarına, əsgərlərə qarşı bıçaqlanma hadisələri baş verir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: