Now Reading:
Fransa XİN Xədicə İsmayılovanın azad edilməsi haqda
Full Article 30 second read

Fransa XİN Xədicə İsmayılovanın azad edilməsi haqda



Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi jurnalist Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb.

24saat.org Fransanın Azərbaycandakı səfirliyinə istinadən bildirir ki, bəyanatda deyilir: “Fransa, Azərbaycan Respublikası Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılovanın cəza müddətinin azaldılması haqqındakı qərarından sonra azad edilməsi xəbərini böyük məmnunluqla öyrəndi. Xədicə İsmayılova 2015 – ci il sentyabrın 1-də məhkum edilmiş və ona şərti cəza verilmişdi. Bu yeni addım cari il aprelin 19-da Yunus cütlüyünün azad olunmasından sonra baş verir. Fransa Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsində yeni nailiyyətlər əldə olunmasını arzu edir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: