Fransa Qarabağ üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır


“Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır”.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Fransanın xarici işlər naziri Jan-Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla Parisdə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. O, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni görüşü keçirməyə hazır olduğunu söyləyib: “Biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan və Ermənistandan olan həmkarları ilə apardığı danışıqların yekunu barədə məlumatlandırdı. Mən bir daha xatırlatdım ki, Parisdə yeni müzakirələrə ev sahibliyi etməyə hazırıq”.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

İranın səfiri: “Qarabağ münaqişəsində İran daim Azərbaycanın yanındadır”

%d bloqqer bunu bəyənir: