Fransa Parisdən Qahirəyə uçan təyyarənin qəzaya uğradığını təsdiqlədi


Fransa prezidenti Fransua Olland Parisdən Qahirəyə uçan və radar ekranlarından itən “Egyptair” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğradığını təsdiq edib.

Musavat.com xəbər verir ki, Fransanın təyyarənin qalıqlarını tapmaq üçün dəstək verməyə hazır olduğunu bildirən F.Olland, təyyarədə olan insanların ailələrinin kədərlərini paylaşdığını vurğulayıb.

Misirin baş naziri Şerif İsmail də hadisənin terrorla bağlı olduğunu demək üçün tələsmək lazım olmadığını bildirib.

İlkin məlumatlara görə, “Airbus 320-232” tipli sərnişin təyyarəsində 59 sərnişin və 10 ekipaj üzvü olmaqla, 66 nəfər olub.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Artilleriya komandanının açıqlaması hərbi sirrin ifşası sayıla bilərmi?

%d bloqqer bunu bəyənir: