Loading...
Loading...

Fransa höküməti Parisdə terror aktları törədənlərə qarşı ittiham irəli sürdü

Fransa höküməti Salah Abdeslama qarşı rəsmi ittiham irəli sürüblər. ANS PRESS-in məlumatına görə, bu haqda Abdeslamın vəkili Frank Berton xəbər verib.

Parisdə 2015-ci ilin noyabrında terror aktları törətməkdə əsas şübhəli şəxs hesab edilən Salah Abdeslamı qətldə, terror qruplaşmaları ilə əlbir olmaqda və silah və partlayıcı maddə saxlamaqda təqsirli bilinir. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxs kamerada tək saxlanılır. Mayın 20-də Abdeslamın Paris terrorunun hazırlanmasındakı roluna dair daha bir məhkəmə prosesi baş tutacaq.

Daha əvvəl Belçika prokurorluğu Salah Abdeslamın Belçikadan Fransaya ekstradisiya olunması haqda məlumat verib. Belçikada ona qarşı qətl və terrorçuluqla bağlı ittihamlar irəli sürülüb. Abdeslamı martın 18-də Brüssel yaxınlığında saxlamaq mümkün olub. Onun 26 yaşı və o Belçikada anadan olub, lakin sonradan Fransa vətəndaşlığı alıb.

Polis ehtimal edir ki, o Parisdə 130 nəfərin ölümü ilə nəticələnən silsilə terror aktlarını törədən və sağ qalan 2 nəfərdən biridir. O həmçinin bu hücumları təşkilatçısı hesab olunur.

Abdeslam həmin hadisələrdə iştirak etdiyini etiraf edib. O bəyan edib ki, özünü “Stade de France” stadionu yaxınlığında partlatmaq istəyib, lakin son anda fikirindən daşınıb. Onun vəkili təqsirləndirilən şəxsin istitaqla aktiv əməkdaşlıq etdiyini bildirir.

Abdeslamın saxlanılmasından 4 gün sonra Brüsseldə 35 nəfərin həyatına son qoyan silsilə partlayışlar qeydə alınıb. Vəkil iddia edir ki, Abdeslam bu hücumun planlaşdırıldığı haqda xəbərsiz olub.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Taliban”ın səhra komandiri məhv edildi

%d bloqqer bunu bəyənir: