Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fransa Almaniyadan intiqam almaq istəyir

Fransa millisinin hücumçusu Oliver Jiru “Avro-2016″nın yarımfinalında Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, sözügedən qarşılaşmada “DÇ-2014″də Almaniyaya məğlubiyyətin intiqamını almağa çalışacaqlarını deyib:
“2014-cü ildə keçirilən dünya çempionatındakı oyunun əvəzini çıxmağı arzulayırıq. Noyabrda onları məğlub etmişdik. Amma bu, sadəcə hazırlıq görüşü idi. Azarkeşlərimiz qarşısında yarımfinal oyununa çıxacağımız üçün şanslıyıq. Ümid edirəm ki, Marsel azarkeşləri də parislilər kimi bizi dəstəkləyəcəklər”.
Qeyd edək ki, Fransa “DÇ-2014″un 1/4 finalında Almaniyaya 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmışdı.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Ronaldo yalnız görünüşünə görə ən yaxşı oyunçu ola bilər”

%d bloqqer bunu bəyənir: