Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Formula-1”lə bağlı fantastik israfçılıq, yaxud hakimiyyətin tans sevgisi…

 

Mebel materialından döşəmə düzəldilir – Cəmi bir neçə günlük

“Formula-1” yarışları ilə bağlı həyata keçirilən hazırlıq işləri ilə əlaqədar olaraq 24saat.org-a maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, hazırlıq işləri çərçivəsində dəniz vağzalındakı gözləmə zallarının daş döşəmələrinə xaricdə yüksək keyfiyyətli mebel istehsalında istifadə edilən bahalı ağac növündən hazırlanan taxtadan “pol” vurulur. Müasir daş döşəmənin üzərindən taxta döşəmənin vurulmasına səbəb isə “Formula-1” yarışları zamanı və yarışlardan sonra dənizkənari parkdakı bir çox obyektlər kimi burada da bayram şənliklərinin təşkil ediləcəyi, gözləmə zallarının rəqs meydançası kimi fəaliyyət göstərəcəyidir.

Mənbənin sözlərinə görə, bir müddət bundan öncə əraziyə baxış keçirən yarış təşkilatçıları hesab edib ki, taxta döşəmə daş döşəmə ilə müqayisədə tans üçün daha münasibdir və məhz onların bu qərarından sonra yeni döşəmənin vurulmasına başlanılıb.

Bilgili qaynağın sözlərinə görə, idman bayramı başa çatandan bir neçə gün sonra taxta döşəmələrin də sökülməsi planlaşdırılır.

24saat.org

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Ya həbsə getməlisən, ya da inandığın dəyərlərdən imtina etməlisn”

%d bloqqer bunu bəyənir: