Loading...
Loading...

“Formula-1” yarışlarına yanaşmada hakimiyyət də, vətəndaş da haqlıdır”

 

Mirzə Xəzər: “Dünya ictimaiyyəti Bakını ekranlardan görüb tanıyacaq, amma…”

Azərbaycanda keçirilən beynəlxalq idman tədbirləri ölkəmizə iqtisadi baxımdan xeyirdən çox zərər vursa da, ölkə hakimiyyəti bu cür tədbirləri öz siyasi nüfuzunu beynəlxalq arenada artırmaq baxımdan önəmli hesab edir. Maraqlıdır, iqtisadi səmərə verməyən bu yarış və tədbirlərin hakimiyyətin siyasi nüfuzunu yüksəltmək, Azərbaycanın tanıdılması və təbliği baxımından həqiqətən də müsbət bir rolu, ciddi bir əhəmiyyəti varmı?

24saat.org-a açıqlama verən məşhur beynəlxalq şərhçi Mirzə Xəzər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Azərbaycan keçirilən beynəlxalq yarışlara iki yöndən yanaşmaq olar. Hakimiyyət haqlıdır: bu cür beynəlxalq yarışlar Azərbaycanın siyasi nüfuzunu yaymaq, Azərbaycanı təbliğ etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, “Formula-1” yarışı barədə dünyanın bütün telekanalları, qəzet və saytları müntəzəm xəbər yayacaq və hər bir xəbərdə Azərbaycanın adı çəkiləcək, tamaşaçılar Bakını ekranlardan görüb paytaxtımızla tanış olacaqlar. Bu, məsələnin siyasi tərəfi.

Məsələnin digər tərəfini də qeyd etmək lazımdır. Keçən bir il ərzində neftin sürətlə ucuzlaşması Azərbaycanın iqtisadi vəziyyətinə və əhalinin gündəlik həyatına mənfi təsir göstərmişdir. Üstəlik milli valyuta dəyərsizləşdiyi üçün əhalinin sərəncamında olan pul faktiki olaraq iki dəfə dəyərini itirmişdir. Neftin ucuzlaşması, milli valyutanın alıcılıq qabiliyyətini itirməsi iqtisadi böhrana səbəb olmuş, işsizlərin sayı artmış, əhalinin sürətlə yoxsullaşması prosesi davam etmişdir. Əhalinin bank kreditlərini qaytara bilməməsi də iqtisadi böhranın dərinliyini nümayiş etdirir. Və təbiidir ki, belə şəraitdə məsələn 100 milyon dollar pul xərcləyib Bakıda “Formula-1” yarışını keçirililməsi əhali tərəfindən sevinclə qarşılanmır. Deməli, hakimiyyət haqlı olduğu kimi, vətəndaşlar da haqlıdır…”

Seymur Əliyev

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İki məmur arasında gərginlik – Heydər Əsədovla Kərəm Həsənov üz-üzə gəlib

Loading...
%d bloqqer bunu bəyənir: