“Formula-1” hökumətin növbəti korrupsiya layihəsidir”


 Gözəl Bayramlı: “Bu, dövlət büdcəsinin gərəksiz layihələr adı altında necə talan edildiyinin sübutudur”

Gənclər və idman naziri Azad Rəhimov mediaya açıqlamasında qeyd edib ki, “Formula-1”-lə balı müqavilə 10 il müddətinə bağlanıb və əgər Azərbaycan ilk 5 il ərzində bundan imtina etsə, o zaman 100 milyon dollar cərimə ödəməlidir.

Maraqlıdır, bu cür uzun müddətli müqavilələr imzalayıb sonra cərimə amilini əsas gətirərək bir neçə il bu yarışlara ev sahibliyi etmək, onların təşkilinə milyonlar xərcləmək nə dərəcədə doğrudur? Bunu büdcə talanmasının fərqli bir yolu hesab etmək olarmı?

24saat.org-a açıqlama verən AXCP sədrini müavini Gözəl Bayramlı bunu dövlət büdcəsinin aşkar talan edilməsi kimi dəyərləndirib:

“Formula-1” hökumətin növbəti korrupsiya layihəsidir və məqsəd büdcə vəsaitlərini talan etmək, mənimsəməkdir. Azad Rəhimovun bu açıqlaması hökumətin dövlət büdcəsini gərəksiz layihələr adı altında necə talan etməyinin sübutudur. Nə qədər məsuliyyətsiz, nə qədər ölkənin, xalqın maraqların əleyhinə olasan ki, ölkə vətəndaşlarının böyük əksəriyyətinin acınacaqlı sosial vəziyyətdə olmasına rəğmən 100 milyonlarla dolları acımasızcasına talan edəsən. Ölkə insanının boğazından kəsib, hələ neçə illər bu yarışa ev sahibliyi edəsən. Hansı haqla, hansı məntiqlə gərəksiz bir yarışa illərlə ev sahibliyi etməyi üzərinə götürəsən? Kim verib bu haqqı onlara? Minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsgozildən məhrum edilir, ağır xəstəlikdən əzab çəkən minlərlə vətəndaşımız müalicə oluna bilmir. Dövlət nə üçün ölkə insanına sahib çıxmır, ancaq heç kimə lazım olmayan yarışlara, digər tədbirlərə milyonlar xərcləyir?”.

 Seymur Əliyev

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Formula-1” yarışları zamanı hər hansı aksiyadan söhbət gedə bilməz”

%d bloqqer bunu bəyənir: