Loading...
Loading...

“Formula-1” xərcləri kommersiya sirri ola bilməz – MƏLUMAT VERİLMƏLİDİR

 

Namizəd Səfərov: “Burda nə kommersiya, nə də digər bir sirr yoxdur və ola bilməz”

Tanınmış hüquqşünas Namizəd Səfərov 24saat.org-a açıqlamasında “Formula-1” yarışlarına sərf edilən vəsaitlə bağlı ictimaiyyətə hər hansı məlumatın verilməməsini sərt tənqid edib. N.Səfərov xalqa məxsus vəsaitin xalqdan xəbərsiz dağıdılmasının yolverilməz olduğunu bildirib:

“Formula-1”-ə xərclənən hər qəpiklə bağlı xalqa məlumat verilməlidir. Çünki yarışlara xərclənən bu vəsaitlər dövlət büdcəsindən çıxır. Bu isə  xalqın büdcəsidir. Xərclənən vəsaitlər xalqa məxsusdur. Odur ki, xalqa məxsus vəsaiti xərcləyib xalqa bu barədə hesabat verməmək yolverilməzdir. Hakimiyyət hökmən bu barədə xalqa təfsilatı ilə məlumat verməlidir. Bu vəsaitin hara xərcləndiyini, nəyə nə qədər vəsaitin sərf edildiyini bilmək xalqın haqqıdır. Burada nə kommersiya, nə də digər bir sirr yoxdur və ola da bilməz. Xalqa məxsus vəsaiti xalqdan xəbərsiz xərcləmək, ona bu haqda məlumat verməmək cinayətdir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Elçibəy 24 il əvvəl İstanbulda oteldən hara yoxa çıxmışdı

%d bloqqer bunu bəyənir: