Loading...
Loading...

Fitosanitar Xidmət ləğv olunacaq? – Korrupsiya ifşası

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ləğv oluna bilər. 24saat.org-a daxil olan xəbərə görə, Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və şöbə müdiri Mehman Məmmədovun fəaliyyəti yalnız bu iki şəxsə səmərə verir.

Sahibkarların və dövlətin xərclərinə əlavə yük olan Xidmətin son aylar gedən islahatların davamı olacağı gözlənilir. Rəis və şöbə müdiri bu qurumda bazaar açıb.
İdxala icazə üçün iş adamlarından açıq şəkildə rüşvət istənilir. Onlara bildirilir ki, şikayət etməyin mənası yoxdur. Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı alver predmetinə çevrilib.
Rəsmi rüsum 20 manat olduğu halda sahibkarlardan 160 manat tələb olunur. Əks halda, iş adamı malını ölkəyə idxal edə bilmir. İş adamları bildirirlər ki, hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır.
Bir ay ərzində 4 dəfə məhsul idxal edən bu özbaşınalığa görə azı 640 manat verməlidir. Kənd təsərrüfatı naziri Heydər Əsədova çoxsaylı şikayətlər ünvanlanır. Amma heç bir tədbir görülmür. “Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır”. Qeyd edək ki, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki çıxışında deyib.

Prezidentin sözlərinə görə, dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı böyük ədalətsizliklər edilib: “Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz.

Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Biləsuvar başçısına şok xəbərdarlıq – Təfərrüat

%d bloqqer bunu bəyənir: