“Firuzə Qasımova faizə pul verirdi, mənə hörmət edib borc verdi” – Ə.Kərimzadə

Tanınmış yazıçının oğlunun məhkəməsində zərərçəkən ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş Firuzə Qasımova ifadə verib. Zərərçəkən bildirib ki, Ə.Kərimzadə ona məxsus obyekti icarəyə götürüb, sonra isə borca pul istəyib. “Bildirdi ki, qaytaranda mənə “hörmət” edəcək. Gürcüstanda 1.5 milyonluq evinin, yük maşınlarının, böyük biznesi olduğunu dedi, mən də inandlm. Ona 10 min manat verdim, 3 min manatlıq da icarə haqqından borcu var. Pulun təxminən yarısını, 6500 manatını qaytardı, qalanını ödəməyib”.

Ə.Kərimzadə isə ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib. “İttihamda yazılıb ki, guya mən Firuzə Qasımovadan işə düzəltmək adı ilə pul almışam. Mən nəqliyyat sahəsində fəaliyyət göstərirdim. Vakant yer də ancaq sürücülük sahəsindəydi. 70 yaşlı qadını sürücü kimi işə götürəcəkdim? Firuzə xanım, düzünü danışın. Mən pulu borc almışam. Firuzə Qasımova özü faizə pul verirdi. Mənə hörmət edib, borc verdi”.

O, F.Qasımovanın obyektini icarəyə götürdüyünü, vəkillik fəaliyyəti ilə məşğul olduğunu vurğulayıb: “İcarə haqqı 3 min yox, 1500 manat borcu qalıb. Sadəcə, artıqlamasıyla, yəni 3 min verəcəyimi dedim”.

Ə.Kərimzadə zərərçəkmişə onun bacısı ilə görüşməsini və dəymiş zərərin ödəniləcəyini bildirib.
Məhkəmənin növbəti prosesi oktyabrın 17-nə təyin edilib.

Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ə.Kərimzadə 4 nəfərdən 60 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə.Kərimzadə daha əvvəl də eyni əməllə ittiham edilib. Belə ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

“Bolkart, Albali kreditlə… məzar daşları al”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: