Advertisements
24 saat

Firuzə İbadova İlhamənin oğlundan baş prokurora şikayət etdi


Əməkdar artist Firuzə İbadova xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov barəsində Bakı şəhər Baş Prokurorluğuna şikayət edib.
Bu barədə açıqlama verən F.İbadova bildirib ki, O.Nadirov onun 4500 manatını qaytarmadığına görə bu addımı atıb: “Hazırda özümü elə də yaxşı hiss etmirəm. Jurnalistlərdən çox xahiş edirəm ki, bu mövzu barədə mənə daha sual verməsinlər. Çünki hazırda iş gedir. Orxana dedim ki, pulumu qaytarmasan, Baş Prokurorluğa şikayət edəcəm, o da dedi ki, “ver”. Mən də buna görə üç gün öncə onun barəsində şikayət ərizəsini yazdım. Daha bundan sonra heç kim məni narahat etməsin”.

F.İbadova onu da əlavə edib ki, O.Nadirova görə şəxsən Bakı şəhər Baş Prokuroru Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət ünvanlayıb.

Qeyd edək ki, F.İbadova Lent.az-a açıqlamasında bildirmişdi ki, O.Nadirov dostu Vüqar Bəkirovla birgə ondan 7 min manat pul alıblar və həmin məbləğin 2500 manatını qaytarıblar. (lent.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: