Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Fırıldaqçı “şirkət” iş axtaran tələbəni belə soydu

Cavid Vəliyev pulunu mənimsəyənlərlə bağlı Vergilər Nazirliyinə şikayət edib

Bakıda fəaliyyət göstərən, vətəndaşları “işə düzəltmək” adı ilə tovlayaraq pul yığan obyektlərin sayı gündən-günə artmaqdadır. İşədüzəltmə şirkəti tərəfindən aldadılan vətəndaşlardan biri də Memarlıq və İnşaat Universitetin ikinci kurs tələbəsi Vəliyev Cavid Çərkəz oğludur. Bu barədəBizimyol.info-ya C.Vəliyevin özü məlumat verib.
Tələbələrə yay tətili ilə zamanı təqaüd verilmədiyini bildirən şikayətçi deyir ki, maddi ehtiyacını qarşılamaq üçün internetdə iş axtarmağa başlayıb:  “Saytda işədüzəltmə şirkətinin nömrəsini tapıb zəng etdim, ofisin ünvanını soruşdum.  Çünki internetdə ünvan yazılmamışdı.  Ofis “Sovetski” tərəfdə idi.  İyulun 25-də şirkətə müraciət etdim.  Mən mühafizəçi işləmək istəyimi bildirdim. Şirkətin Zöhrə adından əməkdaşı mənə dedi ki, mən “Caspian Service” MMC-də işləyəcəm və mühafizəçi forması üçün öncədən 150 manat ödəniş etməliyəm. Təqaüd almadığım üçün həmin pulu borc alıb işədüzəltmə şirkətinə verdim. İki aya yaxın vaxt keçsə də, mənə nə iş təklif olundu, nə də pulum qaytarıldı. Borc verən isə pulunu istəyir. Mən çətin vəziyyətlə üzləşmişəm”.
C.Vəliyev deyir ki, qarşılaşdığı problemlə bağlı müvafiq dövlət qurumuna müraciət edib: “Vergilər Nazirliyi məsələni araşdıraraq fakta hüquqi qiymət verəcək”.
İşədüzəltmə şirkətinə zəng edib, şikayətçinin dediklərinə münasibət öyrənmək istədik. Amma C.Vəliyevin bizə verdiyi mobil telefon nömrələrinə zəng çatmadı.
Əməkdaşımız “Caspian Service” MMC-nin hüquqşünası Vüsal Kişiyevdən problemə münasibət öyrənib.
“Son zamanlar bizə aldadılan vətəndaşların müraciəti daxil olur. Təəssüf olsun ki, işədüzəltmə şikətləri “Caspian Service”-in adından istifadə edərək vətəndaşları aldadır. Bizdə vakansiya yeri yoxdu. Vətəndaşlar diqqətli olmağa və iş yerlərini araşdırmağı tövsiyyə edirəm”,-deyə V.Kişiyev bildirdi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qarabağ qazisi Arif Hacılıya və Rauf Arifoğluna – Kimin dəyirmanına su tökürsünüz?

%d bloqqer bunu bəyənir: