Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Financial Times” yazarı: “Ərdoğan üç cəbhədə döyüşərək riskə gedir” – TƏHLİL

“Financial Times” qəzetinin xarici xəbərlər redaktoru David Qardner Türkiyədə son dönəmlərdə baş verən prosesləri öz yazısında dəyərləndirib. O, Rəcəb Tayyip Ərdoğanın eyni anda 3 cəbhədə savaşmasının riskli olduğunu bildirib.

Qardner yazısında ABŞ prezidenti köməkçisi Co Baydenin çərşənbə günü Ankaraya ziyarətini xatırladaraq bildirib ki, bu əlaqələri bərpa etmə ziyarətidir. Eyni gündə Türkiyənin etdiyi əməliyyatlarla İŞİD Cerablusdan çıxarıldı və Ankara NATO üzvü olaraq dəyərini Vaşinqtona xatırlatdı.

 

Ancaq Qardnerə görə təmin edici görünən bu nəticə əslində yanıldıcıdır: “Türkiyə hələ Qərblə toqquşma nöqtəsindədir və eyni zamanda çoxlu cəbhədə savaşır”.

 

Gülən Türkiyəyə verilənə qədər ABŞ ilə Türkiyə arasındakı münasibətlərdə gərginlik olacaq. Qardner həmçinin Türkiyənin baş vermiş silahlı dövlət çevrilişinə verdiyi gec reaksiyaya görə AB-yə qarşı da hirsli olduğunu, prezident Ərdoğanın Rusiyanı ziyarət etdiyini və İrana da səfər edəcəyinə diqqət çəkib.

ABD Başkan Yardımcısı Joe Biden ve Cumhurbaşkanı Recep Tayyip Erdoğan

 

“Ərdoğanın münasibətləri səmimi görünmür”

Qərbin Türkiyədəki silahlı çevrilişə cəhdin demokratiya edilmiş bir hücum olduğunu çətinliklə qəbul etdiyini bildirən Qardner yazısını belə davam etdirir:

 

“Dəlillər silahlı çevrilişə cəhdin Gülənçilər tərəfindən edildiyini göstərir. Fətullah Gülənin silahlı çevrilişə cəhddə əli olmasının, onun tərəfdarlarının Türkiyənin dövlət orqanlarına sızmış olması mübahisəsiz bir həqiqətdir.

 

Gülən 2012-yə qədər AKP-nin əsas müttəfiqi idi, amma Ərdoğan Gülənçilərin dövlət orqanlarına bu genişlikdə sızmasından şoka düşdüyünü iddia edir. Gülənçilər dövlət orqanlarına sızarkən klassik hüceyrə modelindən daha az ağıla batan üsullardan istifadə etdiklərindən Ərdoğanın belə bir münasibəti səmimi görünmür”.

 

Fətullah Gülənin qurduğu sistemi Misirdəki Müsəlman Qardaşlarına bənzədən Qardner, “Əgər Gülənçilər dövlətə Ərdoğanın iddia etdiyi qədər sızıbsa Türkiyənin və Ərdoğanın başı böyük bəladadır”- deyə bildirib.

 

 

“Silahlı çevrilişə cəhd Ərdoğan üçün fürsət ola bilər”

Qardner Türkiyənin belə bir vaxtda niyə Gülənçilərlə birlikdə İŞİD və Kürdlərlə də savaşa girdiyini başa düşməyin çətin olduğunu bildirib:

 

“Ankaranın risk ölçüsünü anlamaq çətindir. Gülən yox edilə bilər, İŞİD nə vatsa məhv ediləcək, amma kürdlərin Suriya sərhəddinin hər iki tərəfindəki irəlləyişi Türkiyənin ərazi bütövlüyünə uzun müddətli təhlükə olaraq qalacaq”.

 

Qardner HDP də daxil AKP-yə qarşı olan bütün müxalif qüvvələrin silahlı dövlət çevrilişinə qarşı olduğunu bildirərək bunun Ərdoğan üçün kürd problemində bir fürsət ola biləcəyi ehtimalı ilə yazısını tamamlayır.

 

“Ərdoğan vurulan Rusiya döyüş təyyarəsində olduğu kimi PKK hücumlarının artmasında da Güləni günahkar görə bilər”.

Cumhuriyyet.az

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Qonşu dövlətlər Azərbaycan manatından niyə üz döndərib?

%d bloqqer bunu bəyənir: