Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Filippində terrorçular Kanada vətəndaşını edam ediblər

Filippində “Əbu Səyyaf” terror qruplaşmasının silahlıları bir neçə ay əsir saxladıqdan sonra Kanada vətəndaşını edam ediblər. Bu barədə məlumat “CBC” telekanalında yer alıb. Telekanala məlumatı öldürülən girovun dostu Kanadanın keçmiş deputatı Bob Reya verib.

Məlumata görə, 60 yaşlı Con Ridsdel 2015-ci ilin sentyabrında Samal adasının cənubunda silahlılar tərəfindən ələ keçirilən dörd girovdan biri olub. Terrorçular girovları azad buraxmaq üçün pul tələb ediblər, əks halda onları öldürməklə hədələyiblər.

Bildirilir ki, Filippin hökuməti Risdeli, iki İsveç və Kanada vətəndaşlarını azad etmək üçün əməliyyat planlaşdırıb. Terrorçular isə hər bir girov üçün, 5 min dollar tələb ediblər. (musavat.com)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Misirdə 859 məhbus əfv edilib

%d bloqqer bunu bəyənir: