Now Reading:
Filippin prezidentinə qarşı sui-qəsd törədilib
Full Article 30 second read

Filippin prezidentinə qarşı sui-qəsd törədilib



Naməlum şəxslər Filippin prezidenti Rodriqo Dutertenin kortejinin yaxınlığında partlayıcı qurğunu işə salıblar.

Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində prezidentin təhlükəsizlik xidmətinin 9 üzvü xəsarət alıb.

Hadisə ölkənin cənubundakı Mindanao adasında yerləşən Maravi şəhərində baş verib.

Bildirilib ki, həmin an prezident kortejdə olmayıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Kortej R.Dutertenin səfərinə hazırlıqla əlaqədar Maraviyə doğru istiqamət alıb. Hələlik sui-qəsd cəhdinə görə prezidentin səfərinin təxirə salınıb-salınmayacağı barədə məlumat verilmir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: